Braziliyada kiçik komandalar arasında keçirilən futbol oyununda hakim futbolçunu silahı ilə öldürmək istəyib.

Unikal.org xəbər verir ki, Braziliyada komandalar arasında keçirilən yoldaşlıq oyununda qorxunc bir hadisə meydana gəlib.

Belə ki, oyunu idarə edən idarə edən hakim və eyni zamanda polis məmuru olan Camilo Eustáquio ona yumuruq atan futbolçu Marcos Lopes Vieiranı şəxsi silahı ilə öldürmək istəyib. Oyun gedə-gedə hakim idmançılar üçün nəzərdə tutulan istirahət yerinə gəlib. Oradan çantasından tapança götürərək meydana
daxil olub. Bu zaman gərginlik biraz da artıb.

Belə ki, hadisə iki il əvvəl baş versə də futbolçu və hakim arasında baş verən qalmaqalı görüntülər Braziliya hüquq-mühafizə orqanlarının işini əməlli başlı çətinə salıb.

Artıq sözügedən ölkədə hüquq-mühafizə orqanlarında çalışan işçilər işdən sonra xidməti silah gəzdirmək qadağası tələb olunur.

Həmin video görüntüləri oxuculara təqdim edirik.