Bakıda avtomobil ehtiyat hissələri mağazasından külli miqdarda dəyəri olan mal oğurlanıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Babək prospekti 22/10 ünvanındakı mağazanın sahibi Əhmədov Elnur Adil oğlu polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər mağazanı talayıblar. Pəncərədən keçmə yolu ilə mağazadan 22 min manatlıq mal aparılıb.
Faktla bağlı araşdırma aparılır.