Ermənilərin son günlərdə Rusiya və rusları təhqir etməsinə cavab olaraq, Rusiyadan olan sosial şəbəkə istifadəçiləri ermənilərin tarixi ilə bağlı Ren TV kanalının ötən il hazırladığı "Hərbi sirr" verilişini yenidən paylaşıblar.
Unikal.org Axar.az istinadən xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist İqor Prokopenkonun aparıcısı olduğu həmin verilişdə Ermənistan rəhbərliyi və tarixçilərinin "yaratdığı" saxta tarix mifi məhv edilir.
Prokopenko verilişi təqdim edən zaman Ermənistanın tarixinə kinayə ilə yanaşır:
"Sən demə, misirlilərə piramida tikməyi də ermənilər öyrədib. Yazıq misirlilər. Musanın misirliləri İsrailə aparmasından sonra ermənilər də İngiltərə torpaqlarına köç edibmiş. Yəqin ki, başa düşdünüz, müasir ingilislərin əcdadı da ermənilərmiş. Zarafat etmirəm, bu sözlər keçmiş ittifaq respublikasının tarixçilərindən sitatlardır. İngilis tarixçilər vikinqlərdən yox, ermənilərdən törəmə olduqlarını öyrənəndə isə etiraz etdilər, lakin artıq gec idi".
Proqramda həmçinin İrəvandakı Milli Tarix Muzeyində sərgilənən və ermənilərin "500 min illik tarixini" əks etdirdiyi deyilən eksponatların olduğu bildirilib.
"Hətta onlar deyirlər ki, qədim insanlar ovla məşğul olduqları dövrdə, ermənilər ağırçəkili daşları hərəkət belə etdirə bilirdilər", - proqramda sitat gətirilib.