Filippin parlamenti ölkənin cənubunda hərbi vəziyyət müddətinin uzadılması haqqında qərar qəbul edib.

Unikal.org "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı layihəni parlamentə ölkə prezidenti Rodriqo Duterte təqdim edib.

Qərara əsasən, Filippinin cənubunda hərbi vəziyyət rejimi 2017-ci ilin sonuna kimi uzadılıb.

Xatırladaq ki, hazırda Filippin ordusu ölkənin cənubunda fəaliyyət göstərən terrorçu təşkilatlara qarşı genişmiqyaslı əməliyyatlar keçirir.