Ürəyində problemlər yaranan Şırnak universitetinin rektoru Mehmet Nuri Nas vəfat edib.

Unikal.org cebhe.info-ya istinadən xəbər verir ki, helikopterlə Batmandadakı xəstəxanaya aparılan rektorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şırnakda doğulmuş 47 yaşlı Mehmet Nuri Nas Atatürk universitetini bitirmiş, təhsilinin Linkoln Nebraska Universitetində davam etdirmişdi. Ünlü alim elmi əbəbiyyatda Nas Mühit İnkişaf Hipotezi adlanan elmi hipotezin müəllifidir.

2015- ci ildə Şırnak universitetinin rektoru seçkilərini qazanan Mehmet Nuri Nas Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifəyə təyin olunmuşdu.