İranın cənub-qərbində Andimeşk şəhərində sərnişin qatarının 2 vaqonu relsdən çıxıb.

Unikal.org-un İran KİV-lərinə istinadən verdiyi məlumata görə, vaqonların relsdən çıxması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlar dərhal yerli xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, qatar Ahvaz şəhərindən Məşhədə gedirmiş.