Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 15 yaşlı gəncin meyiti çıxarılıb.
Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, 2002-ci il təvəllüdlü Rövşən Elxan oğlu Göyüşovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 15:01-də başa çatıb.