"İsrail hökumətinin Qüdsdə tətbiq etdiyi məhdudiyyətlər qəbuledilməzdir.
Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"İbadətə gələn müsəlmanları terrorçularla eyni tutmaq böyük yanlışlıqdır. Bu vəziyyəti yalnız gərginləşdirir, həmçinin bütün bölgəyə zərər verir. "Əl-Aksa məscidi bütün müsəlmanların göz bəbəyidir. İsrail atdığı addımlarla səhvə yol verir və yalnızlığa gedir, deyə Ərdoğan bildirib.
Qeyd edək ki, iyulun 14-də Qüdsdə "Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. Bundan sonra İsrail hökuməti "Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.