Abşeron sakini evdən bayıra çağırılaraq bıçaqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Hüseynbalayev Vasif İdris oğlu yaşadığı Masazır qəsəbəsindəki evində telefonuna zəng gəlib. O, tanımadığı şəxslə Xırdalan şəhəri , 28-ci məhəllədə həmsöhbət olub. V.Hüseynbalayevlə tanımadığı şəxs arasında mübahisə düşüb. Nəticədə o, bıçaqlanıb. Xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onu cərrahi əməliyyat edib. Növbətçi cərrah Bəhram Zeynalov bildirib ki, bıçaq zərbəsi V.Hüseynbalayevin ürək nahiyyəsinə yaxın olub. Həyati təhlükə olmayıb. Ancaq onun vəziyyəti orta-ağır kimi qiymətləndirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hazırda cinayət hadisəsini törədən şəxs axtarılır.