Lənkəran sakini qohumu tərəfindən döyülüb.
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəranın Girdəni kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Fərrux Fərman oğlu Şahbazov Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumata görə, F. Şahbazov dayısı tərəfindən döyülüb.
Baş nahiyəsindən ağır xəsarət alan F.Şahbazovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.