Yas mərasiminə başsağlığına getdi. Ancaq yası unudub oğurluğa əl atdı. Göygöl sakini nənəsinin hüzür mərasiminə gələn qonaqlardan birinin mobil telefonunu oğurlayıb.
Yas mərasiminə gələnlərdən birinin cibindən telefonu götürən şəxsi Göygöl polisi elə rayon ərazisində saxlayıb. İstintaq yolu ilə müəyyən edilib ki, həmin şəxs "qənimətini Gəncə şəhərində tanımadığı şəxsə satıb.
Hilal Rüstəmov - Göygöl RPŞ-nin müstəntiqi: "Həmin faktla bağlı tərəfimdən Azərbaycab Respublikaıs Cinayət Məcəlləsinin 177.2.5 ci maddəsi ilə cinayət işi başlanılıb. Aparılan istintaq əməliyyat tədbirləri nəıticəsində müəyən edilib ki, mobil telefonu oğurlayan şəxs Fərəcəov Həsrət Mətləb oğludur.
Həsrət Fərəcovun ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun Göygöllə yanaşı, qonşu rayonlarda da analoji cinayətlər törətdiyi məlum olub.
Həsrət Fərəcov - saxlanılan şəxs:"Nənəmin hüzr yerinə getmişdim. Qohumlarımızda oradayadı. Qohumlarımızdan birinin telefonunu oğurladım. Aparıb Gəncə şəhərində 70 manata satmışam.
Açılan iş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.