Bakıda şirkətlərdən birindən külli miqdarda pul oğurlanıb.
Unikal.org-un lent.az-a istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında Xətai rayonu Bayramov küçəsində yerləşən "Ekspress MMC-nin ofisinə soxulub. Pəncərənin dəmir barmaqlıqlarını sındıraraq şirkətə daxil olan oğrular seyfdən 10 min manat və 2 min dollar götürüb.
Şirkət rəhbərliyi məsələ ilə bağlı polisə müraciət edib.
Araşdırma aparılır.