Azərbaycan millisinin və "Kəpəzin sabiq futbolçusu həbs olunub.
Unikal.org "futbol+"- a istinadən xəbər verir ki, Faiq Cabbarovu polis onunla bağlı çoxsaylı şikayət ərizələrindən sonra həbs edib. Cabbarov bir-neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunur.
Xatırladaq ki, bir müddət əvvəl Cabbarovun ölüm xəbəri yayılmışdı. Sonradan məlum olmuşdu ki, veteran futbolçu sağdır və Samuxdakı fermaların birində çalışır.
Onun normal həyata qayıdacağı, "Kəpəzdə məşqçilik edəcəyi deyilirdi.
Qeyd edək ki, futbolçu Maşallah Əhmədov da dələduzluğa görə həbs olunub.