Masallıda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Şatıroba kənd sakini 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev bu gün səhər saatlarında yaralı vəziyyətdə kənd ərazisində tapılıb. Üç bıçaq zərbəsi alan yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı xəstəxanada vəfat edib.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
T.Quliyevin qardaşı bildirib ki, ilkin ehtimala görə, qardaşı içki məclisindən çıxarkən mübahisə yaranıb.
Faktla bağlı araşdırma aparılır.