Gədəbəydə mənzilə basqın edən şəxs ev sahibini döyüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, avqustun 6-da Gədəbəy rayonunda yaşayan Əjdər Ələkbərovun evinə quldurluq yolu ilə girib ona xəsarət yetirməkdə şübhəli bilinən Qasımlı kənd sakini Babək Məmmədov Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.