Sze gələcək əri, 18 yaşlı Venlə görüşəndə və ona vurulanda 13 yaşı vardı. Həmin görüşdən cəmi 3 gün sonra Venin valideynləri Szeyə elçi düşdülər. Szeni ərə verdilər, toy oldu. Bir qədər sonra isə hamilə Sze orta məktəbi tərk etməli oldu. Çünki 14 yaşlı hamilə şagirdin sinifdə oturmasını müəllimlər yolverilməz saymışdılar.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, 16 yaşlı Syao Say və 17 yaşlı Min üç ay görüşəndən sonra 2013-cü ildə ailə qurublar. Onlar indi Minin valideynlərinin evində yaşayırlar. Minin anası nəvəsinə baxır, hətta nəvəsini əmizdirir.
Çində "bir ailə-bir uşaq" prinsipi ləğv olunandan sonra ölkənin əyalətlərində yetkinlik yaşına çatmamışlar arasında nikahların sayı sürətlə artıb.
Çinin Yunnan vilayətindəki Menqla bölgəsində, Quandun kəndində yaşayan 16 yaşlı Syao Sayın indi iki aylıq oğlu var. 
Dediyinə görə, məktəbi 5-ci sinifdə atıb.
Yunnan vilayətindəki Vanhe kəndində yaşayan Sze də ailəsinin valideynlərin maddi yardımları hesabına yaşadığını deyir.
Çində mövcud qanunvericiliyə görə, kişilər 22, qadınlar isə 20 yaşına çatmamış ailə qura bilməzlər. Fəqət, bu qanunu kəndlərdə saya salan yoxdur.
Üstəlik, "bir ailə-bir uşaq" prinsipinin qüvvədə olduğu onilliklər ərzində bütün ailələr ailədəki yeganə övladın oğlan olmasına can atdıqları üçün ölkədə gender balansı pozulub.
... 7 yaşlı Syao Yuan doğulanda anasının 16 yaşı vardı. Syao məktəbdə oxumur.
O da anası təki nə oxumağı, nə də yazmağı bilir. Sze deyir ki, erkən nikahların sayı artır: "Əmim qızının 13 yaşı var, onu da ərə verdilər. Nə edək, valideynlərimiz belə istədilər. Çətindir, amma yaşayırıq".