Gədəbəydə ötən il törədilən qətlin üstü açılıb.
Unikal.org-un məlumatına görə, məlum hadisə 2016-cı ilin dekabr ayında rayonun Qasımlı kəndində qeydə alınıb. Kənd sakini, 1946-cı il təvəllüdlü Səmayə Məmmədova yaşadığı evdə küt alətlə qətlə yetirilib.
Gədəbəy rayon Polis Şöbəsi və rayon Prokurorluğu əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin elə həmin kənd sakini, 1994-cü il təvəllüdlü Babək Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
B. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.