Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsatəxanalıq edib.
Unikal.org report-a istinadən məlumatına görə, hadisə rayonun Birinci Şıxlı əndində baş verib.
Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Qurban oğlu Əhmədov öz qardaşı arvadı Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
V.Əhmədovun ruhi-əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayən Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.