Rusiyanın İvanovo vilayət məhkəməsi 25 yaşlı azərbaycanlı qadın Gülxar Şirəliyev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, o, 2 yaşlı ögey qızının qətlində ittiham olunub.
Məlumata görə, məhkəmə istintaqı sübut edib ki, Şirəliyeva bir qədər əvvəl həyat yoldaşından ayrılmış Azərbaycan vətəndaşıyla ailə qurub. 2 yaşlı qız isə atasıyla qalırmış. Uşağı qısqanan Gülxar onu gəzdirmək adıyla evdən çıxararaq İvanovo şəhəri yaxınlığından keçən Xarinka çayı sahilinə gətirib. Bundan sonra isə onu çaya atıb.