Mingəçevir şəhərində 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Unikal.org-un "report-a istinadən xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospekti, 82/24 ünvanında yerləşən yataqxanada qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Günel Rəhman qızı İsmayılova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.