Yaponiyanın özünümüdafiə qüvvələrinin "SH-60" helikopteri qəzaya uğrayıb.
Unikal.org "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, yerli vaxtla saat 23:00 radələrində, Honsü və Hokkaydo adaları arasındakı Çuqaru boğazında təlim uçuşu zamanı helikopterlə əlaqə kəsilib. Hadisə zamanı helikopterdə 4 nəfər olub. Onlardan 1-ini xilas etmək mümkün olub. Digər 3 nəfərin axtarışları aparılır.