Bakıda orta yaşlı kişinin qulağı kəsilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Cələbov Cələb Fətulla oğlu naməlum şəxs və ya şəxslərlə mübahisə zamanı onun qulağı kəsilib. Daha sonra isə bədəninə bıçaq zərbəsi vurulub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polos İdarəsində araşdırma aparılır.