Azərbaycanın boks üzrə tanınmış məşqçilərindən olan Rafiq İsmayılov uzun müddətdir federasiyadan uzaq qalıb.
Əməkdar məşqçi Unikal.org-a açıqlamasında Boks Federasiyasında ona "torba tikən şəxsləri "moşennik adlandırıb:
"O federasiyada çalışanlar şərəfsizdirlər. Mən başımı aşağı salıb məşqimi keçirəm. Mənim onlarla nə işim var? Boks Federasiyasına "moşenniklər yığılıb. Özümü onların yanında görmək istəmirəm. Məni gözləri götürmür. Ora işini bilməyənlər, iş bacarmayanlar yığılıb. Sadəcə olaraq federasiyanın pulunu mənimsəyirlər.
Kubalılar gələndə onların da gözləri götürmədi məni... Mən kələk gələn, aldadan biri deyiləm, işləyən məşqçiyəm. 30 ildir məşqçi işləyirəm. Gördülər onların adamı deyiləm, başladılar başqa cür "torba tikməyə...
İndi də ukraynalı məşqçi gətiriblər. Mənim oradakı tələbəmi sıxışdırırlar. Pərviz onun yanında hazırlaşmaq istəmir. Biz hazırlayırıq gedir yer tutur, çempion olur. Amma millinin keçdiyi məşqlə heç nə edə bilmir. Dünya çempionatına yaxşı hazırlaşdı, çıxışı da uğurlu idi. Ancaq onu qəsdən monqol boksçuya uduzdurdular.
Tanınmış boks mütəxəssisi yeni baş məşqçinin gətirilmə səbəbini bununla izah edib:
"Onlar şərikdirlər. Düzdür, Federasiya rəhbərinin bundan xəbəri yoxdur. Onu federasiyaya "sırıyan adamlar 50-50-yə işləyirlər. Kəmaləddin müəllimin bu məsələlərdən xəbəri yoxdur. Vitse-prezident Süleyman Mikayılovun bundan xəbəri olub-olmadığını bilmirəm.
Konkret ad çəkmirəm. Hamı onların kim olduğunu bilir. Necə olur ki, Natiq Aslanov Kamran Şahsuvarlını hazırlayır və Natiqi "Qəbələ klubundan işdən çıxardırırlar. İdmançının şəxsi məşqçisi kimi boksdan xəbəri olmayan, məşqçi işləməmiş birinin adını yazırlar. Guya ki, onun məşqçisi Anar Məmmədovdur. Anar Məmmədov "sekundamerin startı və ya stopunun harada olmasını bilmir. O necə məşqçi kimi mükafat ala bilir? Kamranın məşqçisi Rəhim Allahverdiyev, sonra da Natiq Aslanov olub. Anar dövlət tərəfindən verilən mükafatı mənimsəyir, məşqçi kimi prezident tərəfindən verilən evi alır. Adam utanmalıdır. Mən məşqçi deyiləmsə, niyə məşqçilərə veriləni almalıyam? Onu vicdanına necə sığışdırırır? Yəqin bura da marağı olan şəxslər var. Hazırda baş məşqçi olan Leonid Loivski "alkaşdır. Bütün gün içir. O məşqçilik bacarır? Kubalılar Azərbaycana gələndə pul daşıyırdılar.
Müsahibimiz bəzi dünya çempionlarının lisenziya qazana bilməməsinə də münasibət bildirib:
"Bir var qurbanlıq qoyun, bir də var ki, qoyun... Bu boksçuları onlar xərcləyirlər. Kimlər ki, onların dediyi ilə oturub-durur dəstəkləyirlər. Kim ki, dedikləriylə oturub-durmur, o idmançını xərcləyirlər. Həmin döyüşünü verib başqa döyüşü pulnan alırlar. Bunu hamı bilir. Kubalılar o vaxt dedilər ki , Azərbaycanda döyüşlər alınıb-satılır. Boks Federasiyasında vəziyyəti açıqladılar. Niyə yerli mütəxəssisi çalışmağa qoymurlar? Mamed Eyvazovun vaxtında 10 lisenziya vardı. Deməli kimlərinsə bu məsələdə barmağı və marağı var.
R.İsmayılov Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət-vəkili Ağacan Abıyev barədə də danışıb:
"Ağacan Abıyev kişi adamdır. Bu dəqiqə federasiyada heç nəyi Ağacan müəllim həll etmir. Hamımız onun xətrini çox istəyirik.
Aygün İlqarqızı