Moskvanın cənubunda Azərbaycan vətəndaşı 49 yaşlı iş adamı Rəhman Əliyev başından güllələnərək qətlə yetirilib.

Unikal.org virtual.org-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib. İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.

"Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır. O, qara və əlvan metalların alışı və satışı ilə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.