Azərbaycanlı "qanuni oğru Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.
Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.
Əldə etdiyimiz məlumata görə, avtomobil "qanuni oğrunun Bakıdakı bağ evində saxlanılır.
Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru Rövşən Canıyev("Rövşən Lənkəranski) 2016-ci il avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.