Məşhur "BlackBerry brendi sensorlu və suya davamlı telefon modeli ilə bazara qayıdır.

Unikal.org technote-yə istinadən xəbər verir ki, yeni modelin "BlackBerry Motion adlanacağı bildirilir.

"BlackBerry markasının imzası sayılan fiziki klaviatura və düymələrin olmadığı model, bu mənada "BlackBerry KeyOnedan da ayrılır. Böyük ehtimalla 1080p böyük ekran ilə gələcək cihazın barmaq izi skanı isə "BlackBerry logosunun altında olacaq.

Metal gövdəli və "Android əsaslı smartfon 3.5 mm qulaqlıq girişi də təqdim edəcək.

Modelin yaxınlarda təqdim olunacağı gözlənilir.