26 yaşlı Həbib Əlizadə Lənkəran dağlıq Gəgiran kənd məktəbində tarix dərsi deyir.

Unikal.org
xəbər verir ki, o Astarada yaşadığı üçün bəzən işə gedərkən 6-7 saat yol getməli olur.

Cənab Əlizadə müxbirimiz Günel Səfərovaya məktəbə getdiyi yolu izah edib, həmçinin şagirdlərə fərqli üsulla keçdiyi dərslərdən danışıb.

Onun musiqili və əyləncəli tarix dərslərinə aid videoları sosial şəbəkələrdə adətən alqışlanır, hərçənd ki, onu fərqli olmasına görə qınayanlar da var.

O isə ucqarlarda dərs deyən həmkarlarını fərqli olmağa və fəaliyyətlərini ictimailəşdirməyə çağırır.
(BBC)