Artıq 4-cü ildir ki, ölkəmizdə təhsil alan çinli tələbə Go Yuyang xanımlarımızla bağlı maraqlı açıqlama verib.

Unikal.org-un xəbərinə görə, Go Yuyang kaspi qəzetinə müsaibəsində bildirib ki, Azərbaycanlı qızlar gözəl olmasına baxmayaraq, onu sevmirlər:

"Azərbaycanlı qızlar çox gözəldirlər. Çində ərdə olan azərbaycanlı qadınlar tanıyıram. Amma çinlilərlə müqayisə etsək, azərbaycanlı qadınların xasiyyətləri bir qədər qəlizdir. Azərbaycanlı qızlar əlbəttə ki, gözəldirlər, amma düşünürəm ki, onlar məni sevmirlər. Çünki onlar məni başa düşmürlər. Problemim dili bilməməyimdir. Bütün dostlarım rus dilində danışırlar. Əgər xasiyyətimiz uyğun gələrsə, sevərəmsə, niyə də evlənməyək? Bunların hamısına müəyyən zaman lazımdır. Azərbaycanda olduğu kimi, bizdə də valideynlər bu işə xeyir-dua verməlidirlər. Bunsuz olmaz".