Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sərəncama əsasən, ölkədə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə, "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiq edilib.
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirməli və icranın gedişi barədə hər yarımildə bir dəfə prezidentə məlumat verməlidir.
Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.