Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti, "Space teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.
Unikal.org xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak edib.
Xatırladaq ki, Ukrayna KİV İşçiləri Assosiasiyası Bolqarıstan, Belarus, Qazaxıstan, Moldova, Polşa və digər ölkələrdən olan həmkarlarının təkliflərini nəzərə alaraq, Vaqif Mustafayevin beynəlxalq əməkdaşlığın inkişafında, kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətləri yüksək qiymətləndirib.
Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə "Soqlasiya Qızıl Ordeni Vaqif Mustafayevə təqdim olunub.
Eyni zamanda, Vaqif Mustafayev Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub.
Qeyd edək ki, Avrasiya Televiziya və Radio Akademiyasının xəttiylə, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejisoru və ssenari müəllifi olacağı "Kambey filminin çəkilişi razılaşdırılıb.
Vaqif Mustafayev eyni zamanda Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honq-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.
Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib. Daha soonra çıxış edən Vaqif Mustafayev toplantı iştirakçılarına təşəkkürünü bildirib.
"Mənə verilən bütün mükafatları vətəndaş olaraq qəbul edirəm. Öncə bu ölkənin vətəndaşıyam. Cənab prezidentimiz İlham Əliyevə Azərbaycanı bütün dünyada tanıdığı üçün minnətdarlığımı bildirirəm. Bizi elə buna görə də tanıyırlar.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Vaqif Mustafayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələri sadalayıb: "Vaqif Mustafayev tələbəlik illərindən ta indiyə qədər kinoya töhfələr verib. Onun "Yaramaz, "Fransız, "Nakəs və digər filmləri, "Mozalan üçün çəkdiyi süjetlər mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın zamanlarda onun çəkdiyi daha bir filmin tamaşaçısı olacağıq. Çin, Rusiya və Azərbaycanın müştərək istehsalı olan yeni layihəsini də səbrsizliklə gözləyirik.
Rusiyanın ölkəmizdə ki, səfiri isə bildiribi ki, Vaqif Mustafayevin çəkəcəyi filmi səbrsizliklə gözləyir. Tədbirə qatılan Çin nümayəndəsi isə deyib ki, Vaqif Mustafayevin filmilərini izləyib və inanır ki, Çin tamaşaçıları da Vaqif Mustafayevi daha yaxından tanıya biləcəklər. O deyib ki, İpək Yolu yalnız hansısa ölkələrin ərazisindən keçməklə yaranmır, həm də bu yol qəlblərədn keçir.
Sonda çinli rejissorun "Moskvanın divarları adlı filmi nümayiş olunub.