Bakıda ahıl qadının meyiti tapılıb. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İskəndər qızınıncəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.