Çinin "China Eastern" aviaşirkətinin stürardessası qapını bağlamağa çalışarkən laynerdən aşağı yıxılıb.
Unikal.org "South China Morning Post"a istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də Şençjen hava limanında baş verib.
Üç metr hündürlükdən düşən qadını təyyarəni uçuş öncəsi son dəfə yoxlayan texniki işçilər aşkar edib. Xəstəxanaya çatdırılan xanımda müxtəlif dərəcəli sınıqlar və zədələr aşkar olunub.
Nəşrin bildirdiyinə görə, stüardess qapının bağlanması zamanı ekipajın iki üzvünün iştirakının zəruri olması ilə bağlı qaydanı pozaraq qapını təkbaşına bağlamağa çalışıb.