Rusiyaya məxsus helikopter qəzaya uğrayıb.

Unikal.org-un məlumatına görə, helikopter Norveçin Şpisberqen adası yaxınlığında dənizə düşüb.

Məlumata görə, helikopterdə 8 nəfər olub.

Hazırda Şimali Norveç Xilasetmə Xidməti ərazidə axtarışlar aparır.

Helikopterin Rusiyanın Piramida qəsəbəsindən Barensburqa hərəkət etdiyi bildirilir.