İstifadəçilərə "WhatsApp messencerində göndərilmiş mesajları silmək imkanı yaradılıb.
Unikal.org xəbər verir ki, bu barədə "9to5Mac bloqu məlumat yayıb. Məlumata görə, funksiya şəxsi və qrup mesajlarını dəstəkləyir. Göndərilmiş mesajdan 7 dəqiqə keçməmiş onu silmək olar və bu halda həmsöhbət "bu mesaj silinib" qeydini görəcək. Bunun üçün ekranda əlavə parametrlərdən ibarət zolaq çıxanadək barmağı mesajın üzərində saxlamaq lazımdır. İstifadəçi səbət nişanının üzərinə basmaqla mesajı silə bilər.
Yeni funksiya "WhatsApp messencerinin son versiyasında işləyir. Oktyabrın 27-dən etibarən istifadəçilər tədricən bu funksiyadan yararlana biləcəklər.