Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Unikal.org-un xəbərinə görə, məlumatda qeyd edilib ki, yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti oktyabrın 31-də başa çatır.

"Qeyd olunan vaxta qədər nəqliyyat vasitələrini texniki baxışdan keçiririlməyəcəyi təqdirdə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat miqdarında cərimə ediləcək,-deyə İdarədən bildirilib.