Artıq bir neçə gündür "Atena şirkətinin Facebook və İnstagram səhifələrində paylaşılan postlar sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.

Unikal.org  Marja-ya istinadən xəbər verir ki, şirkət "enerjini süddən al çağırışı və #ondansasüdiç həştəqi ilə sosial şəbəkələrdə gündəmə gəlməyi bacarıb.

"Atena" brendi postun mövzusunda şəkildə göstərilən qablaşdırmanın bir təxəyyül məhsulu olduğunu yazmasına baxmayaraq, şərh yazan istifadəçilərin bəziləri bu postun yerli bazarda olan enerji içki markalarını SMM (Sosial Media Marketinq) duelinə çağırmaq məqsədi ilə paylaşıldığını düşünürlər.
Bu həm də süd məhsulları şirkətinin enerji içkilərinə qarşı savaşı kimi də izah edilir.