İranın İsfahan şəhərində yerli "Nəsle Fərda ("Gələcək Nəsil) mətbuat müəssisəsi ilə "APA Holdinq arasında əməkdaşlıq sazişi imzalanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, sazişə "Nəsle Fərda baş direktorunun müavini Əli Şərifməneş və "APA Holdinqin prezidenti Vüsalə Mahirqızı imza atıblar.

Sənədə əsasən hər iki agentlik arasında əməkdaşlıq əlaqələri qurulacaq. Sazişdə xəbər, foto, film mübadiləsinin aparılması, eləcə də təcrübə mübadiləsi üçün hər iki KİV-dən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər nəzərdə tutulub.

"Nəsle fərda mətbuat müəssisəsi 26 ildir təsis olunub. Müəssisə çərçivəsində bütün ölkə üzrə yayılan bir qəzet, İsfahan əyaləti üzrə ayrıca qəzet, həftəlik idman jurnalı, "Sepah gərdeşgəri adında aylıq turizm jurnalı və sağlamlıq sahəsində daha bir jurnal nəşr edilir.

İmzalanma mərasimindən sonra Vüsalə Mahirqızı "APA Holdinqin fəaliyyəti barədə ətraflı məlumat verib.

Ə. Şərifməneş isə "APA Holdinq kimi media qurumu ilə əməkdaşlıq sazişi imzalanmasını sevindirici hal adlandırıb.

Qeyd edək ki, "APA Holdinqin rəhbəri bu gün İran Dövlət Televiziyasının nəzdində fəaliyyət göstərən universitetdə keçiriləcək KİV Müdirləri Konfransında çıxış edəcək. Onun Beynəlxalq Mətbuat Sərgi-Festivalında çıxışı da gözlənilir.