Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib.
Agentlikdən unikal.org-a verilən məlumata görə, metronun "Memar Əcəmi stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa edilib.
Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, marşrut xəttinin fəaliyyəti daşıyıcı şirkət tərəfindən sərnişindaşımanın mövcud standartlarına cavab verən, texniki cəhətdən saz vəziyyətində olan avtobuslar cəlb edilməklə təşkil edilib.