İstifadəçilər kütləvi şəkildə "Facebooku telefon danışıqlarını dinləməkdə ittiham ediblər.
Unikal.org-un "The Sherbrooke Timesa istinadən verdiyi xəbərə görə, istifadəçilər bildirirlər ki, sosial şəbəkə əldə etdiyi məlumatlardan öz reklam siyasətində yararlanır.
"Facebookun vitse-prezidenti Rob Qoldman ittihamlara cavab verib. "Mən "Facebookda reklama baxıram. Biz sizin mikrofonlarınızdan reklam üçün istifadə etmirik və heç vaxt istifadə etməmişik, - deyə o, bildirib.
Bəzi istifadəçilər isə qəribə təsadüflərlə qarşılaşdıqlarını deyirlər. "Biz otaq yoldaşlarımızla klinik sınaqlarda iştirak etmək barədə müzakirə aparırdıq. Bir qədər sonra biz "Facebookda klinik sınaqlar barədə reklam gördük, - deyə bir nəfər yazıb. Digəri isə qeyd edib ki, evində pişik saxlamaq istəyib: "Mən bu haqda heç nə yazmamışdım. Lakin pişik yeməyi barədə bildirişlər almağa başladım.