Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində İspaniyada keçirilən "Atletiko - "Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytının verdiyi məlumata görə, "Qarabağın yarımmüdafiəçisi Miçel Markos Madera bu görüşün ən yaxşısı seçilib.
Unikal.org xəbər verir ki, "Atletikoya vurduğu qola diqqətləri çəkən Miçel Ağdam təmsilçisinə heç də ucuz başa gəlməyib.
İspan futbolçu 2015-ci ildə "Makkabi Hayfadan ayrılaraq 1 milyon avro qarşılığında "Qarabağ klubu ilə anlaşıb. Onun transfer qiyməti məşhur "transfermarkt saytında yazılıb. Saytın bildirdiyinə görə futbolçunun cari qiyməti 3 milyon avrodur.
Qeyd edək kİ, Madriddəki "Vanda Metropolitano stadionunda baş tutan bu matç 1:1 hesabıyla başa çatıb. "Qarabağın bu görüşdəki yeganə qolunu da məhz 32 yaşlı ispaniyalı futbolçu vurub.
Aygün İlqarqızı