Sabiq millət vəkili Nizami Quliyev dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, Lent.az-a bu barədə sabiq deputatın dostu, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi məlumat verib.

O, qeyd edib ki, Nizami Quliyev son vaxtlar yüksək qan təzyiqdən əziyyət çəkib: "Bu gün təzyiqi qalxıb və dünyasını dəyişib.

Qeyd edək ki, Nizami Quliyev Gədəbəy rayonundan iki dəfə (1995 və 2000-ci illər çağırışında) Milli Məclisə deputat seçilib. Daha sonra AXCP-dən ayrılaraq, Aydınlar Partiyasına qoşulub. O, 1956-cı ildə Gədəbəydə doğulub, ailəlidir.

Allah rəhmət eləsin!