Afrika Futbol Konfederasiyaları (CAF) rəsmi olaraq Afrikada ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. 

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, "qara qitədə ilin ən yaxşısı adına namizədlərin ilkin siyahısında 30 futbolçu yer alıb.
Bu mükafata rekord sayda sahib çıxmış Samuel Eto və Yaya Turenin bu dəfə ümumiyyətlə siyahıya düşməməsi diqqət çəkib. Ötənilki qalib Riad Mahrezin də adı açıqlananların arasında yer almayıb.
"Liverpuldan Muhammed Salah (Misir) və Sadio Mane (Seneqal), "Borussiyadan Pyer Emerik Obameyanq (Qabon) və "Çelsidən Viktor Mozes (Nigeriya) siyahıya düşmüş məhşur futbolçulardır.
Maraqlıdır ki, UEFA Avropa Liqasında çıxış edən "Astananın konqolu oyunçusu Junior Kabananqa, Super Liqa təmsilçisi "Yeni Malatyasporun mərakeşli üzvü Xalid Butaib, "Bursasporlu Villiam-Trost Ekonq kimi oyunçular 30 nəfərin sırasında olduğu halda Çempionlar Liqasının qrup mərhələsində çıxış edən "Qarabağın CAR-lı hücumçusu Dino Ndlovu təşkilatçıların diqqətindən yayınıb.

Ən yaxşının adınan yanvarın 4-də Qananın paytaxtı Akkredə təşkil olunmuş mərasimdə aydınlıq gələcək.