Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi bu gün Almaniyadan Azərbaycana yola salınıb.
Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. (apa)