Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.


ETSN-dən unikal.org-a verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 16-20° isti, Bakıda gecə 8-10° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacaq.


Qərb küləyi əsəcək.


Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.