Bu gün "Facebook şirkətinə məxsus "WhatsApp messencerində problem yaranıb.

Unikal.org xəbər verir ki, "WhatsApp istifadəçiləri artıq 1 saatdan çoxdur ki, messencerdən istifadə edə bilmirlər. Bu platforma üzərindən ismarıc göndərmək və almaq mümkün deyil.

Problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı məlumat yoxdur.

***12:54

Hazırda "WhatsApp messencerindəki problem aradan qaldırılıb. İstifadəçilər ani mesajlaşma mübadilə sisteminin xidmətlərindən yararlana, o cümlədən ismarıc göndərə bilirlər.