ABŞ vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın diplomatik missiyası Somalinin paytaxtı Moqadişuda artan təhdidlərlə bağlı vətəndaşlarına çağırış edib.
Məlumatda Moqadişudakı hava limanında amerikalılara qarşı təhdidlərin artdığı bildirilib.
Təhlükəsizliklə bağlı amerikalıların Somalini tərk etmələri tövsiyə edilib.