Müğənni Nadir Qafarzadə ilə rəqqasə Aytən və müğənni Roza Zərgərli arasında "Səhər-səhər verilişində gərgin anlar yaşanıb.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, rəqqasə hazırda insanların efirə baxmamasından şikayətlənib:
"Verilişə çıxıram, baxan olmur. Hamı Youtube-də oturub.
Roza isə hazırda sosial şəbəkələrin daha aktual olduğunu söyləyib:
"Sosial şəbəkədə insanlar bir gecədə məşhur olur.
Onların bu sözləri Qafarzadəni özündən çıxarıb:
"Hamını deməyin, müəyyən kütlə belədir. Elə çıxır ki, 9 milyon azərbaycanlı internetdə var. Xalqımızın mədəni, ziyalı adamları var. Deyəcəklər, bunlar Facebook, İnstaqram həvəskarıdırlar. Mən efirə baxıram. Mənim kimi insanlar baxır. Faiz var, yoxdursa köçək gedək. Xalqı belə etməyin, bəziləri deyin. Xalqı alçaltmayın bu qədər.
Aytən "Niyə qışqırırsan deyə, səsini yüksəldib.