Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 gün sonra yenidən Soçi şəhərində Rusiyanın dövlət başçısı Vladimir Putinlə yenidən görüşəcək.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə, Rusiya və İranın iştirakı ilə noyabrın 22-də keçiriləcək toplantıda Suriyadakı hadisələr və bölgədəki son vəziyyət müzakirə ediləcək.
Tədbirdə İran Prezidenti Həsən Ruhaninin də iştirak edəcəyi də gözlənilir.