Ukraynanın Odessa şəhərində çoxmərtəbəli binanın tikintisinə qarşı çıxan etirazçılarla polis əməkdaşları arasında baş verən toqquşma nəticəsində 20-dən çox qanun keşikçisi yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə yerli Milli Polsin regional idarəsinin məlumatnda bildirilir.
"Bu gün Şəhər bağında "Bizim yay teatrımız"ın üzvlərinin aksiyası zamanı 20-dən çox polis əməkdaşı travma alıb. Hüquq-mühafizə orqanları əməkdaşları "baş beyinin silkələnməsi", "qançır", "zədələnmə", "dərinin kimyəvi yandırılması", həmçinin "kimyəvi mənşəli konyunktivit" diaqnozları ilə tibbi yardım üçün müraciət ediblər", -” deyə məlumatda bildirilir.