"Real klubunun oyunçusu ciddi xəsarət alıb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  Serxio Ramos bir müddətlik sıradan çıxıb. Onun nə vaxta qədər yaşıl meydanlara həsrət qalacağı hələ bilinmir. La Liqanın XII turu çərçivəsində "Atletiko ilə oyunda müdafiəçi Lukas Ernandesin zərbəsindən sonra burnu qırılan Ramos taleyinə müayinələrdən sonra aydınlıq gələcək.

Qarşılaşmanın ilk hissəsini burnundakı tamponlarla başa vuran Ramos ikinci yarıda məcburi əvəzlənməli olub. 

Futbolçunun  yaşıl meydanlara qayıtması vaxtı əməliyyatın zamanında asılı olsa da, Çempionlar Liqasının APOEL-lə oyununda meydana çıxmayacağı dəqiqləşib.